Hər dördüncü ölkə qlobal istiləşməyə məğlub olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Hər dördüncü ölkə qlobal istiləşməyə məğlub olacaq

Dünya şəhərlərinin dörddə biri qəfil iqlim fəlakətindən xilas ola bilməyəcək.

Bu barədə “The Guardian” Carbon Disclosure Project (CDP) araşdırmasına istinadla xəbər yayıb.

Məlumata görə, mütəxəssislər dünya şəhərlərinin qlobal istiləşməyə hazırlığını yoxlayıblar və bu məqsədlə 800 yaşayış məntəqəsində araşdırma aparılıb. Bunlardan 43 faizinidə (ümumi əhalisi 400 milyon) iqlim dəyişikliyindən gələn təhdidlərlə mübarizə planı olmayıb.

İngiltərənin Sautend, Braziliyanın Rio-de-Jeneyro və ABŞ-ın Kolumbus şəhərləri də daxil olmaqla şəhərlərin 25 faizi ətraf mühit proqramlarının maliyyələşdirilməsində defisit yaşayır.

Araşdırmada o da bildirilir ki, bəzi ölkələr ətraf mühitə mənfi təsirləri azaltmaq üçün dəstəkləyici tədbirlər görməyə çalışırlar. Binaların damlarına günəş panelləri quraşdırılır, parkların sayı artırılır. London, Bristol, Los-Anseles və Afina bunun yaxşı nümunəsidir. Yunanıstanın paytaxtında sakinlər küçələri sərinlətmək üçün evlərinin damlarını yaşıllaşdırırlar.

Qeyd edək ki, qlobal istiləşmə ilə mübarizə üçün 2015-ci ildə 186 ölkə və Aİ Paris İqlim Sazişini imzalayıb. Azərbaycan Respublikası bu Sazişi 2016-cı ilin aprel ayında imzalayıb və həmin ilin oktyabr ayında ratifikasiya edib. Sazişə əsasən Azərbaycan Respublikası Nəzərdə Tutulan Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrini Konvensiya Katibliyinə təqdim edib və qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili ilə (1990) müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            315 14.05.21 12:00