FIFA dörd azərbaycanlı futbolçuya ödəniş edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:36 Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan Ordusunu salamlayıb - VİDEO  |     20:20 İsveçrədə təyyarə və planer qəzaya uğrayıb, ölənlər var  |     20:19 Yay aylarında necə qidalanmalı?  |     20:19 Epilepsiyanın müalicəsi  |     20:18 Uşaqlarda qida borusunun şişi  |     20:17 Bu ilki boşanmaların sayı açıqlandı  |     20:16 Geely gələcək modellərinin dizayn üslubunu nümayiş etdirib  |     20:13 Qələbə qolunun müəllifi oyunun ən yaxşısı oldu  |     20:05 Ərdoğana “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib  |     19:41 Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər azalıb  |     19:39 Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının tədbirində iştirak edir  |     19:37 Bu il Ceyhan limanından 92 milyon barel BTC nefti nəql edilib  |     19:34 Gürcüstanda Hindistan ştammına 18 yoluxma qeydə alınıb  |     19:33 Leyla Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib  |     19:31 Bakıdakı AVRO-2020-nin əməkdaşları Kristian Eriksenə dəstək oldu  |     19:30 ABŞ-da zavodda baş verən atışma nəticəsində iki nəfər ölüb  |     19:28 Türkiyə Prezidenti: "Şuşada konsulluq açacağıq"  |     19:26 Şenol Güneş: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"  |     19:24 ABŞ-da ziyafətdə atışma olub, 4 nəfər ölüb, 3-ü yaralanıb  |     19:22 Azərbaycanda aksiz vergilərinin mərhələli artırılması təklif edilir  |    

FIFA dörd azərbaycanlı futbolçuya ödəniş edəcək
FIFA klublarında əmək haqqı ala bilməyən dörd azərbaycanlı futbolçuya dəstək olacaq.

"Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun Futbolçular Fondunun açıqladığı hesabatda bildirilir. Lakin həmin futbolçuların adları və alacaqları məbləğ göstərilməyib.

Maliyyə dəstəyi almaq üçün 2015-ci ilin iyulundan 2020-ci ilin iyununadək hüquqları pozulmuş futbolçular müraciət ediblər. Ümumilikdə 36 ölkədən 109 klubun 1 089 futbolçusundan ərizə verilib və 1 005-i təmin olunub. Azərbaycandan olan dörd müraciətin hamısı müsbət cavablandırılıb. FIFA ödənişlərə ümumilikdə 16 milyon ABŞ dolları ayırıb. Həmin məbləğ 2022-ci ilin sonunadək veriləcək.

Müraciət sayında ilk "3-lük"də Yunanıstan (291), Malayziya (147) və Türkiyə (117) qərarlaşıb. Ən çox ödəniş isə Yunanıstan (1,36 milyon dollar), Türkiyə (692 min dollar) və Rusiyaya (566 min dollar) veriləcək.

Qeyd edək ki, yardım alan futbolçuların klublarının ya ödəniş qabiliyyətləri olmayıb, ya da həmin klublar peşəkar səviyyədə çıxışlarını başa vurub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            222 12.05.21 21:28