Peru mətbuatı Qarabağdakı erməni vandalizmindən yazıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Peru mətbuatı Qarabağdakı erməni vandalizmindən yazıb

Perunun tanınmış KİV-lərindən “La Republica” qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun Qarabağda müharibədən sonrakı vəziyyət, burada müşahidə olunan erməni vandalizmi, Azərbaycanın apardığı bərpa və yenidənqurma işləri, qarşıya çıxan çətinliklər və regionda davamlı sülhün şərtləri barədə müsahibəsi dərc olunub.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.

Müsahibədə bölgədə münaqişə sonrası geosiyasi durumla əlaqədar 44 günlük müharibənin yekununda Azərbaycan ərazilərinin işğaldan azad edildiyi, münaqişənin bitmiş sayıldığı, regionda nəqliyyat və kommunikasiyaların açılması haqda razılıq əldə olunduğu və hazırda ölkəmizin bölgənin iqtisadi dirçəlişi istiqamətində önəmli səylər göstərdiyi bildirilir.

30 ilə yaxın davam edən işğal müddətində Azərbaycan ərazisinin beşdə birinin Ermənistan tərəfindən tamamilə dağıdıldığı, vaxtilə 1 milyona yaxın azərbaycanlı əhalinin yaşadığı və hazırda viranəyə çevrilmiş bu torpaqlarda ermənilərin kütləvi minalama aparmış olması və beynəlxalq humanitar hüquqa zidd olaraq həmin partlayıcı qurğuların yerləşmə xəritəsini verməkdən imtina etməsi səbəbindən soydaşlarımızın bu gün də öz yurdlarına qayıda bilmədiyi qeyd olunur.

Azərbaycan hökumətinin ən öncül məqsədinin azərbaycanlı məcburi köçkünlərin mümkün qədər qısa zamanda evlərinə qayıdışını təmin etmək olduğu, bu məqsədlə bölgədə intensiv minatəmizləmə və infrastrukturun bərpa edilməsi, bu xüsusda nəqliyyat yolları, hava limanları, hospital, məktəb, “ağıllı kəndlər” və digər layihələrin həyata keçirilməkdə olduğu, Türkiyə, İtaliya, İsrail kimi dost ölkələrdən olan şirkətlərin də ən innovativ texnologiyalarla bu işlərə cəlb edildiyi haqqında məlumat verilir.

Bununla yanaşı, münaqişənin təsirinə məruz qalmış ərazilərdə onilliklər ərzində Ermənistan tərəfindən dağıdılmış tarixi-mədəni abidələrimizin restavrasiyası işlərinin aparıldığı deyilir.

Bölgədə davamlı sülhün təmin edilməsinin başlıca şərtləri haqda suala münasibətdə keçmiş münaqişə tərəflərinin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımalı, eyni zamanda Ermənistanın qonşularına qarşı nifrət siyasətindən əl çəkməli və xalqını barışığa hazırlamalı olduğu söylənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            843 12.05.21 13:35