Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda saxta sürücülük vəsiqələri satılır - VİDEO

12.05.2021 12:26 2 280
Azərbaycanda saxta sürücülük vəsiqələri satılır - VİDEO
Azərbaycanda saxta sürücülük vəsiqələri satılır.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə elan sosial şəbəkələrdə yayılıb. Rusiyaya məxsus sürücülük vəsiqəsi hazırlayan şəxs onu ''Tiktok'' sosial şəbəkəsində "Qarabazar.az" adlı səhifədə satışa çıxarır.

Hazırlanan vəsiqə o qədər peşəkarlıqla düzəldilir ki, orijinalından elədə fərqlənmir. Lakin vəsiqə ilə bağlı hər hansısa bir məlumat Rusiya Federasiyasının bazasında mövcud deyil. Sürücülük vəsiqəsini hazırlayan şəxs özü də etiraf edir ki, həmin sənəd saxtadır və Rusiyada istifadə etmək olmaz.

Vəsiqənin qiyməti barəsində heç bir məlumat verilmir..Saxta sənəd hazırlayan bu şəxs üzü görsənməsin deyə, hətta sifarişi poçt vasitəsi ilə ünvana göndərdiyini deyir.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu vəsiqəni əldə etmək istəyənlər adətən daha çox qayda pozmağa meyilli olan sürücülərdir. Onun fikrincə xüsusən gənclər belə saxta sənədlər əldə edirlər ki, yol polisi onları saxlayanda cərimə məhz həmin sənədə yazılsın. Amma həmin sürücülər də zənn etməsinlər ki, onlar bu əməllə cərimədən yayına biləcəklər.

Daxili İşlər Nazirliyinin ''XəzərXəbər''ə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu vəsiqəni hazırlayan şəxsləri müəyyən edərək, barələrində qanunamüvafiq qaydada tədbir görəcək.

Son xəbərlər