HƏMAS Təl-Əviv istiqamətində 130 raket atdığını elan edib, xəsarət alanlar var » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

HƏMAS Təl-Əviv istiqamətində 130 raket atdığını elan edib, xəsarət alanlar var

HƏMAS-ın silahlı qanadı "İzzəddin al-Kassam briqadaları" İsrailin Təl-Əviv şəhərinə və onun ətrafına tərəf 130 raket buraxdığını elan edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Agentlik bildirib ki, Təl-Əvivdə hava həyəcanı siqnalı eşidilir.

"Reuters" agentliyinin məlumatına görə, zərbələr nəticəsində İsrailin bir neçə sakini xəsarət alıb. Eyni zamanda Qəzza sektorunda da çoxmərtəbəli binanın dağıldığı qeyd edilir.

Daha əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, ölkə Qəzza sektorunda hərbi qüvvələrinin sayını və zərbələrin tezliyini artırmaq niyyətindədir.

Qəzza sektorunda eskalasiya bazar ertəsi axşam saatlarında başlayıb. Bu, son illər ərzində ən böyük hərbi qarşıdurmalardandır. Çərşənbə axşamı səhər İsrail Qəzza sektorundan ölkə ərazisinə 200-dən çox raketin buraxıldığını bildirib. Buna cavab olaraq İsrail hərbçiləri Fələstinin 130 hərbi hədəfinə zərbələr endiriblər. Nəticədə HƏMAS-ın 15 silahlısı həlak olub.

İsrail hökuməti müxtəlif bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 5 min hərbçini orduya çağırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            396 11.05.21 22:56