“Qış Parkı”nın keçidində gecələyən qadınla bağlı - Rəsmi açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

“Qış Parkı”nın keçidində gecələyən qadınla bağlı - Rəsmi açıqlama
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov “Qış Parkı”nın keçidlərindən birində gecələyən qadınla bağlı məlumat yayıb.

Agentlik rəsmisi bildirib ki, 1985-ci il təvəllüdlü Elmira (Ad şərtidir) adlı xanım barəsində məlumat əldə edilən andan Sosial Xidmətlər Agentliyinin əməkdaşları onun sığınacağa cəlbi üçün səfərbər olublar:

“Təəssüf ki, ilk cəhdlərdə sığınacağa gəlməsi barədə təklifimizi müxtəlif şəxsi səbəblərlə geri çevirdi. Ardından Elmiranın küçədə gecələməməsi üçün növbəti cəhdimiz onun ilk mərhələdə tibbi problemlərinin həlli üçün aidiyyəti tibb müəssisəsinə göndərilməsi ilə nəticələndi:

M.Həşimovun sözlərinə görə, müalicədən sonra Elmiranın sığınacağa gəlməsi üçün çalışacaqlar:

“Qapımız hər zaman açıqdır. Orada qaldığı müddətdə isə onun digər sosial ehtiyaclarının həlli üçün çalışacaq və iş imkanlarını araşdıracağıq”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 10.05.21 23:35