İsrail raket atəşinə tutulub: Ölən və yaralananlar var » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:08 Sabah hava necə olacaq?  |     13:38 İmişli sakinindən odlu silah və narkotik götürülüb - FOTO  |     13:37 AQTA 8 xəstəxanada nöqsan aşkarlayıb, sənədlər Baş Prokurorluğa göndərilib  |     13:35 Azərbaycanda məmur iş başında öldü  |     13:28 Deputat ağıllı sayğaclardan şikayətləndi  |     13:22 DİN-dən əməliyyat: Saxta spirtli içki hazırlayan şəbəkə ələ keçdi - VİDEO  |     13:15 Vətən müharibəsi qazisi evləndi  |     13:12 Türkiyədə zəlzələ təhlükəsi: 50 min bina çökə bilər  |     13:10 BMT nümayəndələri Qarabağa səfər edəcək - RƏSMİ  |     12:58 Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq  |     12:55 Ağcabədi sakini külli miqdarda heroinlə tutuldu - FOTO  |     12:52 “Taliban”da vuruşmaqda təqsirləndirilən azərbaycanlıların məhkəməsi başlayır  |     12:50 Bu gün daha 13 erməni terrorçunun məhkəməsi başlayır  |     12:43 “Sputnik V”nin yeniyetmələr üzərində sınaqlarına başlayırlar  |     12:40 Türkiyəyə görə Rusiyada tətil qiymətləri ucuzlaşa bilər  |     12:39 Sudanda onkoloji fəlakət: Uşaqlar etiraza başladılar  |     12:36 Koronavirusun yeni ölümcül taktikası açıqlanıb  |     12:35 Avstraliya gələn ilin sonuna qədər sərhədləri açmayacaq  |     12:34 Koronavirusdan sağalanlarda anticisimləri öldürən yeni ştamm aşkarlanıb  |     12:18 Bakıdakı intiharın görüntüləri - YENİLƏNİB (VİDEO)  |    

İsrail raket atəşinə tutulub: Ölən və yaralananlar var
Qəzza sektorundan İsrail istiqamətinə 45-dən çox raket atılıb.

TASS xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi bildirib.

O qeyd edib ki, İsrail tərəfi hadisəni ciddi hücum kimi qiymətləndirir və bunu cavabsız qoymayacaq.

İsrail ordusunun məlumatına əsasən, raketlərdən biri Sderot şəhərində mülki avtomobilə dəyib. Hadisə nəticəsində bir vətəndaş xəsarət alıb.

Digər bir raket isə “Dəmir günbəz” raket əleyhinə müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

“Alquds” qəzetinin məlumatına görə, raket zərbələri nəticəsində üçü uşaq olmaqla, ən az doqquz nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Fələstinin “Saut Al-Aqsa” radiostansiyasının məlumatına görə, artıq HƏMAS təşkilatı raket atəşinə görə məsuliyyəti öz üzərinə götürüb. “Palestina” peyk telekanalı isə bildirib ki, “İslam cihadı” qruplaşması İsrail istiqamətində atılan 30 raketə görə məsuliyyətin onlara aid olması barədə bəyanat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Übeyda bildirib ki, İsrail yerli vaxtla saat 18:00-dək hərbçilərini Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən geri çəkməlidir.

Son məlumatlara görə, artıq İsrail ordusu HƏMAS-ın mövqelərinə cavab zərbələri endirib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            213 10.05.21 21:23