II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bakıda məşhur ət bazarı bağlanır  |     22:56 Tətil sonrası işə qayıdış - Necə adaptasiya olaq?  |     22:49 ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb  |     22:44 Azərbaycan Çinə toyuq əti ixrac edəcək  |     22:38 Tez-tez sıradan çıxan və bahalı texniki xidmət tələb edən avtomobillər - TOP-5  |     22:31 Daha bir şirkət rəhbərinə “stop” qoyuldu  |     22:24 Rusiyadan gətirilən soğan halqasında bakteriya aşkarlandı  |     22:16 Zəngilanla bağlı 1,3 milyonluq layihə  |     22:11 Pakistan XİN: ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb  |     22:04 Tokayev ictimai yerlərdə niqabı qadağan etdi  |     21:59 Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO  |     21:50 FHN-ə işə düzəltmək adı ilə daha bir dələduzluq  |     21:45 Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?  |     21:36 Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək  |     21:30 "Qarabağ" yoxlama görüşündə "Zirə"yə qalib gəldi  |     21:22 Bu klinikada yoxlama aparıldı, cərimə edildi  |     21:17 NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək  |     21:10 Sumqayıtda "Daewoo" yandı  |     21:04 DYP səfərə çıxan sürücülərə ÇAĞIRIŞ ETDİ  |     20:58 Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri Bakıya gətirildi  |    

II dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi

Azərbaycan prezidenti İlham Əliyevin "1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" 29 aprel 2021-ci il tarixli Sərəncamına əsasən, həmin kateqoriyalardan olan şəxslərə birdəfəlik maddi yardım ödənişi təmin edilib.

Nazirlikdən verilən məlumata görə, ümumilikdə 5648 şəxsə birdəfəlik maddi yardım verilib. Onlardan İkinci Dünya müharibəsi iştirakçıları olan 159 şəxsin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərindən, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərdən, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 5489 nəfərin hər biri isə 750 manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            732 08.05.21 23:00