Ölkəmizdə daha bir məhdudiyyət » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:14 Bakı və Ağcabədi sakinlərindən silah-sursat götürülüb  |     16:04 Dövlət Xidmətindən çağırışçılara MÜRACİƏT  |     16:01 Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər  |     15:55 Sabahın hava proqnozu AÇIQLANDI  |     15:54 Peskov: “Rusiya Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır”  |     15:50 MDB ölkələrinin vətəndaşları üçün Rusiyaya giriş qaydası AÇIQLANDI  |     15:49 Suriyadan qaytarılan qadın və uşaqlar reabilitasiyaya cəlb olunublar  |     15:43 Bakıda həftəsonu yarmarkaları keçiriləcək - FOTO  |     15:39 Xaçmazdakı güclü yanğın söndürüldü  |     15:34 Bakıda eyvandan küçəyə dollar səpələdilər - VİDEO  |     14:02 İranın ali dini lideri prezident seçkilərində səs verdi - YENİLƏNİB  |     13:50 Dünya bazarında neft qiymətləri  |     13:34 Şimali Koreya 16 illik fasilədən sonra ilk dəfə ianə edib  |     13:21 “Google” ilk offlayn mağazasını açır  |     13:18 46 milyon əhalisi olan bölgədə koronavirusun 19 növü yayılıb  |     13:02 Çində koronavirusun mənbəyini ABŞ-da axtarmaq təklif olundu  |     12:40 Rafael Nadal Olimpiya Oyunlarında iştirakdan imtina etdi  |     12:32 Həbib Nurməhəmmədov UFC-yə qayıdacaq?  |     12:11 Nazir: “Tələbə kreditlərinin faizi çox az olacaq”  |     11:58 BNA: 20 iyun müntəzəm marşrut xətləri işləyəcək  |    

Ölkəmizdə daha bir məhdudiyyət
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İsrail Dövlətinin Cənub dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Cənubi Afrika Respublikasının Şimal-Qərb və Rumıniya Respublikasının Mureș inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İsrail Dövlətinin Cənub dairəsindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, habelə Cənubi Afrika Respublikasının Şimal-Qərb və Rumıniya Respublikasının Mureș inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsrail Dövlətindən, Cənubi Afrika və Rumıniya respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            303 08.05.21 22:47