Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manat ayrıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:34 Bakıda eyvandan küçəyə dollar səpələdilər - VİDEO  |     14:02 İranın ali dini lideri prezident seçkilərində səs verdi - YENİLƏNİB  |     13:50 Dünya bazarında neft qiymətləri  |     13:34 Şimali Koreya 16 illik fasilədən sonra ilk dəfə ianə edib  |     13:21 “Google” ilk offlayn mağazasını açır  |     13:18 46 milyon əhalisi olan bölgədə koronavirusun 19 növü yayılıb  |     13:02 Çində koronavirusun mənbəyini ABŞ-da axtarmaq təklif olundu  |     12:40 Rafael Nadal Olimpiya Oyunlarında iştirakdan imtina etdi  |     12:32 Həbib Nurməhəmmədov UFC-yə qayıdacaq?  |     12:11 Nazir: “Tələbə kreditlərinin faizi çox az olacaq”  |     11:58 BNA: 20 iyun müntəzəm marşrut xətləri işləyəcək  |     11:52 DTX-dən əməliyyat: Suriyada döyüşmüş azərbaycanlı tutuldu - VİDEO  |     11:39 Nabranda baş verən yanğının söndürülməsinə helikopter cəlb olunub  |     11:32 Eriksenin ürəyinə xüsusi aparat qoyulacaq  |     11:25 Sabiq nazirə HÖKM OXUNDU  |     11:22 Vaqif Mustafayevin mülkləri müsadirə olunur? - Ciddi maliyyə pozuntuları aşkarlandı  |     11:17 Daha bir ölkədə 12-15 yaşlı uşaqların vaksinasiyasına icazə veriləcək  |     11:12 Ağsuda yeniyetmə amansızlıqla döyüldü  |     11:05 Araz çayında batan şəxsin meyiti tapıldı  |     11:02 Nazirlikdən əkin sahələrindəki yanğınlarla bağlı əhaliyə MÜRACİƏT  |    

Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manat ayrıldı
Prezident İlham Əliyev "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.14.1-ci yarımbəndində göstərilmiş 20 milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Qeyd olunub ki, Bakı Şəhər İcra Hakimiyyəti bu Sərəncamla təsdiq edilmiş bölgüdə göstərilən layihələr üzrə yerinə yetirilmiş işlər haqqında hesabatı İqtisadiyyat Nazirliyinin tərtib etdiyi formaya uyğun olaraq rübdə bir dəfə, növbəti rübün ilk ayının 10-dan gec olmayaraq, İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            198 08.05.21 20:09