Kabildə partlayış zamanı ölənlərin sayı artıb - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:36 Azərbaycanda bir gündə iki nəfər koronavirusdan öldü - FOTO  |     16:33 Bu il Bakı Limanında 1 milyon ton gübrə aşırılacağı gözlənilir  |     16:31 Kaliforniyada istilər səbəbilə fövqəladə vəziyyət tətbiq olunub  |     16:14 Bakı və Ağcabədi sakinlərindən silah-sursat götürülüb  |     16:04 Dövlət Xidmətindən çağırışçılara MÜRACİƏT  |     16:01 Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər  |     15:55 Sabahın hava proqnozu AÇIQLANDI  |     15:54 Peskov: “Rusiya Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır”  |     15:50 MDB ölkələrinin vətəndaşları üçün Rusiyaya giriş qaydası AÇIQLANDI  |     15:49 Suriyadan qaytarılan qadın və uşaqlar reabilitasiyaya cəlb olunublar  |     15:43 Bakıda həftəsonu yarmarkaları keçiriləcək - FOTO  |     15:39 Xaçmazdakı güclü yanğın söndürüldü  |     15:34 Bakıda eyvandan küçəyə dollar səpələdilər - VİDEO  |     14:02 İranın ali dini lideri prezident seçkilərində səs verdi - YENİLƏNİB  |     13:50 Dünya bazarında neft qiymətləri  |     13:34 Şimali Koreya 16 illik fasilədən sonra ilk dəfə ianə edib  |     13:21 “Google” ilk offlayn mağazasını açır  |     13:18 46 milyon əhalisi olan bölgədə koronavirusun 19 növü yayılıb  |     13:02 Çində koronavirusun mənbəyini ABŞ-da axtarmaq təklif olundu  |     12:40 Rafael Nadal Olimpiya Oyunlarında iştirakdan imtina etdi  |    

Kabildə partlayış zamanı ölənlərin sayı artıb - YENİLƏNİB
Kabildə Səid ul Şuhədə qızlar məktəbinin yaxınlığında törədilmiş silsilə partlayışlar nəticəsində azı 40 nəfər ölüb, onlarla yaralı var.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Qulam Dəstəgir Nəzəri 46 nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.

Rəsmi mənbələrə görə, ölən və xəsarət alanların böyük əksəriyyəti məktəbin qız şagirdləridir. Bu hücumların məsuliyyətini hələləik heç kim üzərinə götürməyib. “Taliban” sözçüsü Zəbihullah Mücahid də onlara ünvanlanan ittihamları rədd edərək bu hadisəni pislədiklərini açıqlayıb.

Qeyd edək ki, məktəbin yerləşdiyi paytaxtın şiələrin yığcam məskunlaşdığı qərb hissəsi son illər İŞİD tərəfindən mütəmadi hücumlar hədəfinə çevrilir.

* * * * *

Əfqanıstanın paytaxtı Kabulda məktəbin yaxınlığında baş verən silsilə partlayışlar nəticəsində azı 15 nəfər ölüb, 20 nəfər yaralanıb.


“Report” “Tolo News”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış Dəşte-Barçi rayonunda qızlar məktəbinin yaxınlığında törədilib.

Üç raketin partladığı da ehtimal edilir. Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            249 08.05.21 20:28