İşəgötürənlər tərəfindən 477 hüquq pozuntusuna yol verilib - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:02 İranın ali dini lideri prezident seçkilərində səs verdi - YENİLƏNİB  |     13:50 Dünya bazarında neft qiymətləri  |     13:34 Şimali Koreya 16 illik fasilədən sonra ilk dəfə ianə edib  |     13:21 “Google” ilk offlayn mağazasını açır  |     13:18 46 milyon əhalisi olan bölgədə koronavirusun 19 növü yayılıb  |     13:02 Çində koronavirusun mənbəyini ABŞ-da axtarmaq təklif olundu  |     12:40 Rafael Nadal Olimpiya Oyunlarında iştirakdan imtina etdi  |     12:32 Həbib Nurməhəmmədov UFC-yə qayıdacaq?  |     12:11 Nazir: “Tələbə kreditlərinin faizi çox az olacaq”  |     11:58 BNA: 20 iyun müntəzəm marşrut xətləri işləyəcək  |     11:52 DTX-dən əməliyyat: Suriyada döyüşmüş azərbaycanlı tutuldu - VİDEO  |     11:39 Nabranda baş verən yanğının söndürülməsinə helikopter cəlb olunub  |     11:32 Eriksenin ürəyinə xüsusi aparat qoyulacaq  |     11:25 Sabiq nazirə HÖKM OXUNDU  |     11:22 Vaqif Mustafayevin mülkləri müsadirə olunur? - Ciddi maliyyə pozuntuları aşkarlandı  |     11:17 Daha bir ölkədə 12-15 yaşlı uşaqların vaksinasiyasına icazə veriləcək  |     11:12 Ağsuda yeniyetmə amansızlıqla döyüldü  |     11:05 Araz çayında batan şəxsin meyiti tapıldı  |     11:02 Nazirlikdən əkin sahələrindəki yanğınlarla bağlı əhaliyə MÜRACİƏT  |     00:01 Bakıda yanğın hadisəsi baş verib - FOTO  |    

İşəgötürənlər tərəfindən 477 hüquq pozuntusuna yol verilib - RƏSMİ
2021-ci ildə işəgötürənlər tərəfindən işçilərə əmək haqqı və sosial xarakterli digər ödənişlərdən ibarət 62 min manata yaxın məbləğində vəsaitin ödənişinin gecikdirildiyi müəyyən edilib.

Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu, 2020-ci illə müqayisədə 46,8 faiz çoxdur:

“Həmin məbləğin 81.6%-ni əmək haqları, 5.1%-ni işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənişlər təşkil edib. Müvafiq tədbirlər görülməklə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub”.

Hesabat dövründə Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 477 hüquq pozuntusu aşkar edib:

“Hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub. Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub. Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            195 08.05.21 20:02