TRT AZTV-nin dəstəyi ilə Qarabağla bağlı sənədli film hazırlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:14 Bakı və Ağcabədi sakinlərindən silah-sursat götürülüb  |     16:04 Dövlət Xidmətindən çağırışçılara MÜRACİƏT  |     16:01 Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər  |     15:55 Sabahın hava proqnozu AÇIQLANDI  |     15:54 Peskov: “Rusiya Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır”  |     15:50 MDB ölkələrinin vətəndaşları üçün Rusiyaya giriş qaydası AÇIQLANDI  |     15:49 Suriyadan qaytarılan qadın və uşaqlar reabilitasiyaya cəlb olunublar  |     15:43 Bakıda həftəsonu yarmarkaları keçiriləcək - FOTO  |     15:39 Xaçmazdakı güclü yanğın söndürüldü  |     15:34 Bakıda eyvandan küçəyə dollar səpələdilər - VİDEO  |     14:02 İranın ali dini lideri prezident seçkilərində səs verdi - YENİLƏNİB  |     13:50 Dünya bazarında neft qiymətləri  |     13:34 Şimali Koreya 16 illik fasilədən sonra ilk dəfə ianə edib  |     13:21 “Google” ilk offlayn mağazasını açır  |     13:18 46 milyon əhalisi olan bölgədə koronavirusun 19 növü yayılıb  |     13:02 Çində koronavirusun mənbəyini ABŞ-da axtarmaq təklif olundu  |     12:40 Rafael Nadal Olimpiya Oyunlarında iştirakdan imtina etdi  |     12:32 Həbib Nurməhəmmədov UFC-yə qayıdacaq?  |     12:11 Nazir: “Tələbə kreditlərinin faizi çox az olacaq”  |     11:58 BNA: 20 iyun müntəzəm marşrut xətləri işləyəcək  |    

TRT AZTV-nin dəstəyi ilə Qarabağla bağlı sənədli film hazırlayır
TRT Qarabağla bağlı sənədli film hazırlayır.

Bu barədə TRT-nin İdarə Heyətinin sədri və baş direktoru İbrahim Eren “Yeni Azərbaycan” qəzetinə müsahibəsində məlumat verib.

İ.Eren bildirib ki, gerçək həyat hekayələrindən bəhs edən sənədli film altı bölümdən ibarət olacaq. Filmin bu il ərzində “TRT Avaz” kanalında yayımlanması planlaşdırılır.

TRT-nin Baş direktoru “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin sənədli filmin hazırlanmasına böyük dəstək verdiyini deyib: “Bu filmin hazırlanmasında Azərbaycanın milli televiziya kanallarından olan AzTV də önəmli dəstək göstərdi. Azərbaycanlı məsləkdaşlarımıza buna görə təşəkkür etmək istəyirəm”.

İbrahim Eren əlavə edib ki, TRT bundan sonra da Azərbaycanın tarixindəki önəmli günlər, tarixi hadisələr və şəxsiyyətlərdən bəhs edən müxtəlif proqramlar hazırlayaraq dünyaya çatdıracaq: “Biz Azərbaycan üçün nə qədər çox iş görsək də, daha çoxunu görmək istəyirik. Hər zaman dediyimiz kimi - “İki dövlət, tək millət”ik. Birlikdə atacağımız hər bir addım bizi sevindirir, qürurlandırır. Azərbaycan canımızdır, qanımızdır. Yeni layihələrimizlə həm Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda, həm də dəyərlərini tanıtdırmaqda davam edəcəyik”.

“Yeni Azərbaycan” qəzetinə müsahibəsində İbrahim Eren ortaq serialların çəkilməsi ilə bağlı da məlumat verib. Vurğulayıb ki, bununla bağlı AzTV və digər kanallarla birgə əməkdaşlıq sahəsində daha konkret addımlar atılacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            207 08.05.21 19:44