İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |     20:58 Moskvada pirotexnika anbarında güclü yanğın - VİDEO  |     20:40 Kürdə gənc qız batıb  |     20:26 AVRO-2020: Ronaldu Almaniyaya da qol vurdu - YENİLƏNİR  |     20:15 Naftalanda sanatoriyada istirahət edən kişi otağında ölü tapılıb  |     19:59 Qazaxda taxıl sahəsi yanır  |    

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 29 aprel 2021-ci il tarixli Sərəncamına əsasən, həmin kateqoriyalardan olan şəxslərə birdəfəlik maddi yardım ödənişi təmin edilib.

Nazirlikdən bildirilib ki, ümumilikdə 5 648 şəxsə birdəfəlik maddi yardım verilib.

Onlardan İkinci Dünya müharibəsi iştirakçıları olan 159 şəxsin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərindən, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərdən, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 5 489 nəfərin hər biri isə 750 manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            378 08.05.21 19:07