Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |    

Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 7, 8 və 9 saylı köməkçi yardım stansiyasının işçiləri dünən axşam radələrində tətil elan edərək işi dayandırıblar.

Öz həyatını, ailəsini təhlükə qarşısında qoyaraq, alın təri ilə qazandıqları əmək haqqını ala bilməyən işçilər çağırışlara getməkdən imtina etmək məcburiyyətində qalıblar.

Səhiyyə işçiləri özlərinin virusdan qorunması üçün lazımı mühafizə vasitələri ilə vaxtında təmin olunmadıqlarından ailə üzvlərini də yoluxdurduqlarından şikayətləniblər. Onlar bildiriblər ki, dəfələrlə rəhbərliyə müraciət etsələr də, məsələ öz həllini tapmayıb. Səhiyyə işçiləri məcbur qalaraq səslərini eşitdirə bilmək üçün kütləvi formada işi dayandırmaq qərarına gəliblər.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev etirazçıların qarşısına çıxsa da onları sakitləşdirib, iş başına qaytara bilməyib.

Qeyd edək ki,“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının 1.2. maddəsinə görə təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müddətli əlavə müəyyən edilib.

Deputat Razi Nurullayev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Covid xəstələri ilə işləyən həkimlərin əmək haqlarına kifayət qədər böyük artımlar edilib və onlar vaxtı- vaxtında verilməlidir ki, insanların işləmək üçün stimulu, mativasiyası olsun.

“Həmin həkimlər öz həyatlarını riskə ataraq pasientlərlə işləyirlər. Əgər doğurdan da təcili yardım həkimləri belə bir tətilə çıxıblarsa, problem demək ki, çox kəskin və məşəqqətlidir. Çünki Azərbaycanda bu şəkildə etiraz etmək o qədər də yaxşı qəbul olunmur. Demək ki, bu insanlar son çarəni tətilə çıxmaqda görüblər. Bu məsələ tezliklə həllini tapmalı və həkimlər onlara çatacaq bütün məbləğləri son qəpiyinə qadər almalıdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            639 07.05.21 15:09