“Azərsu” rəsmisi: “Hadrutda su ilə bağlı 30-dan çox qəza aradan qaldırılıb” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

“Azərsu” rəsmisi: “Hadrutda su ilə bağlı 30-dan çox qəza aradan qaldırılıb”

“Keçən il işğaldan azad edilən Hadrut qəsəbəsində olan hərbçilərimizin su təchizatında müəyyən problemlər yaranmışdı. Lakin ötən ilin 10 noyabr tarixində imzalanan üçtərəfli sazişdən sonra “Azərsu” Asc-nin mütəxəssisləri ərazidəki vəziyyəti qiymətləndirmək üçün Hadruta ezam olundu”.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılı deyib.

O bildirib ki, Hadrut qəsəbəsinin suyu əsasən bulaqlar vasitəsilə təmin edilirdi:

“Bulaqlardan su gəlmədiyi üçün təhlükəsizlik məqsədilə ilkin olaraq generatorlar vasitəsilə artezian quyuları işə salındı. Bununla da Hadrutda olan şəxsi heyətin su təchizatı təmin edildi.

Daha sonra Müdafiə Nazirliyinin xüsusi nümayəndələri ilə birlikdə mənbəyə baxış keçirdik, orada təmizləmə işləri aparıldı.

Anbarlar əlaqələndirildi, su nümunələri götürülüb, yoxlanıldı. Bundan sonra Hadrut qəsəbəsinin fasiləsiz su təchizatı təmin edildi. Artıq orada olan hərbi hospital və mülki binalar “Azərsu” ASC tərəfindən 24 saat fasiləsiz su ilə təmin olunur”.

A.Cəbrayıllı qeyd edib ki, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda mövcud şəbəkələrin istismarı ilə bağlı fasiləsiz xidmət təşkil olunub:

“Ötən müddətdə Hadrutda su ilə bağlı 30-dan çox qəza aradan qaldırılıb. Yeni məskunlaşma olan və hərbçilərin yaşadığı binalarda təftiş aparılıb. Qış aylarında donmaların olmaması üçün tədbirlər görülüb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            603 07.05.21 12:33