Yeməkdən əvvəl, yoxsa sonra? - Vitaminlərin qəbul edilmə vaxtı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bakıda məşhur ət bazarı bağlanır  |     22:56 Tətil sonrası işə qayıdış - Necə adaptasiya olaq?  |     22:49 ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb  |     22:44 Azərbaycan Çinə toyuq əti ixrac edəcək  |     22:38 Tez-tez sıradan çıxan və bahalı texniki xidmət tələb edən avtomobillər - TOP-5  |     22:31 Daha bir şirkət rəhbərinə “stop” qoyuldu  |     22:24 Rusiyadan gətirilən soğan halqasında bakteriya aşkarlandı  |     22:16 Zəngilanla bağlı 1,3 milyonluq layihə  |     22:11 Pakistan XİN: ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb  |     22:04 Tokayev ictimai yerlərdə niqabı qadağan etdi  |     21:59 Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO  |     21:50 FHN-ə işə düzəltmək adı ilə daha bir dələduzluq  |     21:45 Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?  |     21:36 Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək  |     21:30 "Qarabağ" yoxlama görüşündə "Zirə"yə qalib gəldi  |     21:22 Bu klinikada yoxlama aparıldı, cərimə edildi  |     21:17 NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək  |     21:10 Sumqayıtda "Daewoo" yandı  |     21:04 DYP səfərə çıxan sürücülərə ÇAĞIRIŞ ETDİ  |     20:58 Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri Bakıya gətirildi  |    

Yeməkdən əvvəl, yoxsa sonra? - Vitaminlərin qəbul edilmə vaxtı

Vitamin və mineralların qəbulu zamanı bəzi qaydalara əməl etmək lazımdır ki, onlar düzgün sovrulub, orqanizmə dəstək verə bilsin.

Elə vitaminlər var ki, birbaşa yemək zamanı, xüsusən yağ qəbulu ilə, elələri də var ki,yeməkdən əvvəl və ya sonra qəbul edilməlidir.

Median.Az medicina.az-a istinadən vitaminlərin qəbul vaxtını təqdim edir:

A, E, D K -vitaminləri

Yağda həll olan vitaminlər olduğu üçün mütləq yemək zamanı, xüsusən yağlı qidalar yeyərək qəbul edilir. Əgər yemək yemirsizsə, bir az yağ çörək yeyib, üzərindən bu vitaminlərdən birini içə bilərsiz. Yağ olmasa bu vitaminləri mədə turşusu məhv edir

Kalsiy - sümüklər üçün vacib mineraldır. Vitamin D və maqniy ilə birgə qəbul edilməlidir. Amma onu dəmir və sinklə eyni vaxtda içmək olmaz. Kalsiy içdikdən 1-2 saat sonra heç bir şey qəbul etməyin. Kalsiy yeməkdən əvvəl və ya 1 saat sonra qəbul edilə bilər. Səhər, axşam fərqi yoxdur.
B qrup vitaminləri

Sinir sistemini bərpa edir, enerji verir. Onu səhər yeməyi zamanı içmək lazımdır.

Maqniy, dəmir

Axşam saat 7-8-də və ya yuxudan əvvəl içə bilərsiz. Maqniy bir qədər sakitləşdirici təsir edir. Bu vitaminlərlə kofe, çay içmək olmaz. Maqniy yeməkdən dərhal sonra içilə bilər.

C vitamini

Günün istənilən saatı, bir stəkan su ilə içmək lazımdır. Mədə turşuluğunu artırır, ona görə acqarına olmaz. Dəmir defisiti, qan azlığında C vitaminini dəmir preparatı ilə birgə içmək olar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 539 06.05.21 23:22