Ölkə ərazisində müşahidə olunan güclü külək Cəlilabad rayonunda bir sıra fəsadlar törədib.
"Report"un Muğan bürosunun məlumatına görə, təbiət hadisəsi rayonda bir sıra fəsadlara səbəb olub.
Belə ki, bu gün səhər saatlarından etibarən rayon ərazisində hökm sürən külək və leysan yağışlar bəzi kəndlərində elektrik enerjisi xəttlərini sıradan çıxarıb.
Bu səbəbdən rayonun bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Xoşbəxtlikdən güclü külək nəticəsində hər hansı bədbəxt hadisə baş verməyib.