Qırğızıstan prezidenti səlahiyyətlərini genişləndirən konstitusiyanı imzaladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Qırğızıstan prezidenti səlahiyyətlərini genişləndirən konstitusiyanı imzaladı

Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin yeni konstitusiyasını imzalayıb.

Gazeta.ru bu barədə ölkə liderinin rəsmi saytına istinadla məlumat yayıb.

Yeni imzalanmış konstitusiya dövlət başçısının səlahiyyətlərinin genişləndirilməsini təmin etmək məqsədi daşıyır.

“Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov bu gün, 5 may tarixində referendumda qəbul edilən Qırğızıstan Respublikasının Konstitusiyasını imzalayıb”, - deyə qeyd edilir.

Bundan əlavə, Qırğızıstan rəhbəri “Qırğızıstan Respublikasının Konstitusiyası haqqında” müvafiq qanunu təsdiqləyib.

Qırğızıstan konstitusiyasında dəyişiklik edilməsi üçün referendum bu il 11 aprel tarixində keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə seçicilərin 36,75 %-i iştirak edib.

Qırğızıstanın yeni əsas qanunu ölkə prezidentinin səlahiyyətlərinin gücləndirilməsini, parlamentarilərin sayının 120-dən 90-a endirilməsini, habelə hökumət üzərində nəzarəti prezident administrasiyasının rəhbərinə verməyi nəzərdə tutur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            777 05.05.21 13:23