Həbs edilən icra başçılarına xüsusi imtiyazlar yaradılır? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |    

Həbs edilən icra başçılarına xüsusi imtiyazlar yaradılır? - AÇIQLAMA

Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında saxlanılan şəxslərə xüsusi rahat şərait yaradıldığına dair məlumatlar paylaşılır.

Xüsusi imtiyaz yaradılanlar arasında həbs edilən icra başçılarının da olduğu iddia edilir.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu ünvanladıq. Sorğuya cavab olaraq bildirilib ki, bəzi informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında guya həbs edilmiş ayrı-ayrı şəxslərin imtiyazlı şəraitdə saxlanılmasına dair dərc edilən məlumatlar əsasında araşdırma aparılıb:

“Həmin məlumatın yoxlanılması üçün dərhal təcridxanaya baş çəkilib. Həbsdə olan şəxslərin saxlanma şəraiti ilə tanış olunub və yerində araşdırma aparılıb. Nəticədə məlumatın yanlış olmaqla həqiqəti əks etdirmədiyi və ictimaiyyətdə yalnız çaşqınlıq yaratmaq məqsədi daşıdığı müəyyən edilib”.

//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            306 05.05.21 11:44