Həkimdən xəbərdarlıq: “Hindistan ştammında peyvəndlərin qoruyuculuğu zəifləyir” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |    

Həkimdən xəbərdarlıq: “Hindistan ştammında peyvəndlərin qoruyuculuğu zəifləyir” - VİDEO

“Koronavirusa qarşı peyvəndlərin qoruyuculuğunda Hindistan ştammına qarşı zəifləmə müşahidə olunur. Lakin bu o demək deyil ki, peyvəndlər effektiv deyil”.

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Emil Qasımov deyib.

“Hindistan ştammının öldürücülüyü barədə hələlik elmi məlumat yoxdur. Sadəcə onun daha yoluxucu olduğu deyilir. Bu ştamm hələ də araşdırılır. Onun 4-cü dalğa yaradıb-yaratmayacağını isə zaman göstərəcək. Əgər bu ştamm yayılarsa, yoluxmada ciddi say artımı müşahidə edilə bilər. Çünki Hindistan ştammında bütün ştamlara qarşı əlimizdə olan peyvəndlərin qoruculuğu zəifləyir”, - deyə o bildirib.

Həmçinin E.Qasımov qeyd edib ki, ötən gündən ölkəmizdə tətbiq edilən “AstraZeneca”nın virusun ştammlarına qarşı qoruyuculuğu digər peyvəndlərlə müqayisədə kifayət qədərdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            321 04.05.21 15:04