Lənkəranda şəhidin xatirəsinə bulaq istifadəyə verilib - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Lənkəranda şəhidin xatirəsinə bulaq istifadəyə verilib - VİDEO

Lənkəranda Vətən müharibəsi şəhidi Sənan Ağazadənin xatirəsinə həsr olunan ehsan bulağı istifadəyə verilib.

Bu gün şəhidin 21 yaşı tamam olur və bu münasibətlə doğulduğu Göyşaban kəndində xatirəsi əbədiləşdirilib. Kəndin mərkəzində şəhidin adına bulaq kompleksi inşa edilib. Tədbirdə rayon icra aparatının nümayəndəsi, yerli idarəetmə orqanlarının əməkdaşları, kənd sakinləri və şəhidin döyüş yoldaşları iştirak edib.

Qeyd edək ki, şəhid Sənan Nizami oğlu Ağazadə 1 may 2000-ci ildə Lənkəran rayonunun Göyşaban kəndində doğulub. Orta məktəbi bitirəndən sonra həqiqi hərbi xidmətə çağrılıb. 1 il 3 ay xidmət etdikdən sonra Vətən Müharibəsinə Füzuli istiqamətində qoşulub. Minaatan bölüyündə tuşlayıçı kimi iştirak edib. Hədəfi sərrast nişan alması sayəsində düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edib. Oktyabrın 14-də qəhrəmancasına şəhid olub. O, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            672 01.05.21 23:38