AvtoVAZ təhlükəsizlik sistemlərini və elektron yardımçıları hazırlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

AvtoVAZ təhlükəsizlik sistemlərini və elektron yardımçıları hazırlayır

Yaxın gələcəkdə elektron köməkçilər ilə təchiz edilmiş Lada modelləri debüt edə bilərlər. AvtoVAZ şirkəti artıq özünün ADAS adını almış təhlükəsizlik və sürücüyə yardım sistemləri kompleksini yaratmağa başlayıb. Gazeta.ru nəşrinin şirkət daxilindəki mənbələrinə istinadən verdiyi məlumata görə, avtomobil istehsalçısı artıq bu sahə üzrə ixtisaslaşmış mühəndisləri işə götürüb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, ADAS (Advanced Driver Assistance Systems) aktiv təhlükəsizlik və sürücü yardım sistemləri əksər avtomobil istehsalçılarının arsenalında mövcuddur. Bunlara yol xətlərinə nəzarət, zolaqda saxlama və öndən toqquşmaları xəbərdar edən sistemlər, yoldakı nişanların və obyektlərin tanınması funksiyası və tıxac köməkçisi olan adaptiv kruiz-kontrol daxildir. Bu sistemlərin tətbiqi pilotsuz nəqliyyat vasitələrinin yaradılması üçün atılmış addımdır.

AvtoVAZ şirkəti lazımi sistemləri "çox sürətlə" bazara çıxarmağa hazırdır, çünki rus istehsalçısı bu sahədə böyük təcrübəyə və müvafiq texnologiyalara malik olan Groupe Renault qrupunun bir hissəsidir. Lada avtomobillərində hansı elektron köməkçilərin quraşdırılacağı açıqlamayıb. Şirkət qabaqcıl təhlükəsizlik sistemlərinin və sürücü yardımçılarının tətbiq ediləcəyi vaxtı da bildirməyib. Bununla belə, avtomobil istehsalçısı "belə sistemlərə iqtisadi cəhətdən əsaslandırılmış tələbatın yaranması halında dərhal reaksiya verəcəyini" vəd edib.

Ancaq bütün bunların əks tərəfi də var - elektron köməkçilərin tətbiqi Lada modellərinin bahalaşmasına gətirib çıxaracaqdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            783 01.05.21 23:08