Qırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəliblər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |     19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |     19:57 AQTA nöqsanlara görə bazar rəhbərlərinə xəbərdarlıq edib  |     19:50 30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar  |     19:43 Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək  |     19:37 Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb  |    

Qırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəliblər

Qırğız Respublikası və Tacikistan tam atəşkəs barədə razılığa gəliblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Qırğız Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşıyev tacik həmkarı Saymumin Yatimovla danışıqlardan sonra bu barədə bəyanat verib.

Onun sözlərinə görə, danışıqlardan sonra iki ölkənin maraqlarına uyğun olan dörd bənddən ibarət protokol qəbul edilib.

Aprelin 29-da Qırğız Respublikası və Tacikistanın sərhəd bölgələrinin yerli sakinlərinin qarşıdurması iki ölkənin hərbçiləri arasında silahlı toqquşmalara çevrilib. Toqquşmalar 6 saatdan çox davam edib. Hər iki tərəfdən təxminən 40 nəfər ölüb, 200-dən çox insan yaralanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            702 01.05.21 18:20