Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı gimnast Mixail Malkin Avropa çempionatında finala çıxıb

30.04.2021 18:53 2 196
Azərbaycanlı gimnast Mixail Malkin Avropa çempionatında finala çıxıb
Azərbaycanlı gimnast Mixail Malkin Rusiyanın Soçi şəhərində keçirilən tamblinq üzrə Avropa çempionatında batut üzərində hərəkətlərdə, ikili mini-batut və tamblinq üzrə yarışlardan finala çıxıb.

Median.Az
Trend-ə istinadən bildirir ki, M.Malkin tamblinq üzrə 76.200 xal yığaraq lider qismində finala yüksəlib.

Gənclər arasında batut üzərində hərəkətlərdə Azərbaycanı Hüseyn Abbasov, Nicat Mirzəyev və Maqsud Maqsudov təmsil edir. H.Abbasov 96.195 xal yığaraq təsnifatda 13-cü yeri tutub və ikinci mərhələyə çıxıb. M.Mirzəyev 89.875 xalla 30-cu, M.Maqsudov 60.070 xalla 40-cı olub.

Tamblinq üzrə Avropa çempionatı Soçidə aprelin 29-dan mayın 2-dək keçirilir. Yarışda 23 ölkədən idmançılar iştirak edir.

Azərbaycanı Avropa çempionatında Nicat Mirzəyev, Hüseyn Abbasov, Maqsud Maqsudov, Selcan Maqsudova, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə, Tofiq Əliyev və Mixail Malkin təmsil edir.

Son xəbərlər