Dolu Gürcüstanın azərbaycanlılar yaşayan kəndinə ciddi ziyan vurub, sakinlər aksiya keçirib » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |    

Dolu Gürcüstanın azərbaycanlılar yaşayan kəndinə ciddi ziyan vurub, sakinlər aksiya keçirib

Gürcüstanın Kaxeti bölgəsinin azərbaycanlılar yaşayan Qabal kəndində aksiya keçirilib.

Sakinlər ötən gün axşam saatlarında yağan dolunun onları gəlirsiz qoyduğunu bildiriblər.

Məhsullar sığortalanmadığından aksiyaçılar hökumətdən kömək xahiş ediblər.

Sakinlərin sözlərinə görə, Qabalda yaşayan ailələrin yarıdan çoxu bankdan kredit götürüb və indi borclarını necə ödəyəcəklərini bilmirlər. Xahişləri nəzərə alınmayacağı təqdirdə onlar aksiyanı davam etdirmək niyyətindədirlər.

Kaxeti bölgəsi və Laqodexi bələdiyyəsinin rəhbər şəxsləri kəndə baş çəkiblər. Onlar bildiriblər ki, Qabala təbii fəlakət nəticəsində dəyən zərərin məbləği hesablanacaq və zərər çəkənlərə maliyyə yardımı göstəriləcək.

Qeyd edək ki, ötən gün axşam Kaxeti bölgəsinə güclü dolu düşüb. Nəticədə Qabal kəndi ilə yanaşı, Baisubani, Çabukiani və Apeni kəndlərinə ciddi ziyan dəyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            348 30.04.21 18:42