Qazaxıstan neft məhsullarının ixracına qadağa qoyur » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Qazaxıstan neft məhsullarının ixracına qadağa qoyur

Qazaxıstan mayın 9-dan etibarən bir sıra neft məhsullarının ölkədən ixracına 6 aylıq məhdudiyyət tətbiq edəcək.

Median.Az
Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu addım daxili bazarda neft məhsulları qıtlığının yaranmaması üçün atılır.

Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti yaydığı məlumatda bildirib ki, Qazaxıstan ərazisindən avtomobil nəqliyyat vasitələri ilə benzin, dizel yanacağı və bəzi neft məhsullarının (mal nomenklaturası 2709, 2710, 2902, 3403, 3811, 3826) ixracına 6 ay müddətinə qadağa qoyulur.

Sürtkü yağları (mal nomenklaturası 2710 19 820 0, 2710 19 840 0, 2710 19 860 0, 2710 19 880 0, 2710 19 920 0, 2710 19 940 0, 2710 19 980 0, 3403 19 900 0, 3403 91 000 0) istisna təşkil edir.

Məhdudiyyət həmçinin istehsalçı tərəfindən avtomobil nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş və texniki şərtlərə uyğun olaraq avtomobilə quraşdırılmış benzin çənində və həcmi 20 litrdən çox olmayan qablarda daşınan neft məhsullarına aid deyil.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            369 30.04.21 18:40