Yasamal və Ağ Şəhəri birləşdirəcək yeni marşrut xətti istifadəyə verilir - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Yasamal və Ağ Şəhəri birləşdirəcək yeni marşrut xətti istifadəyə verilir - FOTO

Paytaxtın yeni salınan iki yaşayış massivini əlaqələndirən marşrut xətti təşkil edilib.

BNA-dan verilən məlumata görə, yeni 10 nömrəli marşrut xətti MİDA-Yasamal Yaşayış Kompleksi ilə Bakı Ağ Şəhər yaşayış sahəsini əlaqələndirəcək.

Yeni marşrut xəttinin təşkili barədə qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq qəbul edilib.

Xətt üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetiriləcək. Gediş haqqı 30 qəpik müəyyən edilib və nağdsız formada “BakıKart”la ödəniləcək.

Yeni marşrut xəttinin təşkili sosial kompleksdə, eləcə də ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Əsas üstünlüklərdən biri bu xətt üzrə avtobusların metronun “Xətai”, Səməd Vurğun bağı (“28 May” m\s), “Sahil”, “İçərişəhər”, “Elmlər Akademiyası” stansiyalarından da keçməklə hərəkət etməsidir.

03.05.2021-ci il tarixindən sərnişinlər 10 nömrəli xətdən istifadə edə biləcəklər.

Qeyd edək ki, paytaxt ərazisində, xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində marşrut şəbəkəsinin optimallaşdırılması, sakinlərin marşrut tələbatının ödənilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            813 30.04.21 17:20