NASA Marsda oksigen yaratmağa nail olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:36 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |    

NASA Marsda oksigen yaratmağa nail olub

ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) Marsda yeriyən "Perseverance" adlı qurğunun köməyi ilə bu planetin səthində karbon qazından oksigeni ayırmağa nail olub.

"Moxie - Mars Oxygen In-situ Resource Utilization Experiment" adlanan qurğu 5 qram oksigen istehsal edib. Bu qədər oksigen astronavtın Marsda təqribən 10 dəqiqə nəfəs ala bilməsi üçün kifayətdir.

NASA-da belə hesab edirlər ki, gələcəkdə Marsa uçan insanlar özləri ilə çoxlu oksigen yox, yeni qurğunun böyüdülmüş versiyasını götürəcəklər. Oksigen raketin kimyəvi tərkibinin ayrılmaz hissəsidir.

Məlum olduğu kimi, Mars atmosferində karbon qazı 96 faiz, oksigen isə cəmi 0,13 faiz təşkil edir.

Müqayisə üçün qeyd edək ki, Yer atmosferində oksigenin miqdarı 21 faizdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            432 29.04.21 23:20