İşlə bağlı kömək edilən qazi və şəhid ailəsi üzvlərinin sayı açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

İşlə bağlı kömək edilən qazi və şəhid ailəsi üzvlərinin sayı açıqlanıb

2021-ci ilin ilk rübündə 2,1 minədək şəhid ailəsi üzvü, 3,3 minədək qazi və yaxını məşğulluq tədbirlərinə cəlb edilib.

Median.Az
Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin 2021-ci ilin ilk rübündə gördüyü işlərə dair kollegiya iclasında bildirib.

Bu istiqamətdə səylərin daim artırıldığını qeyd edən nazir, eyni zamanda şəhidlərimizin ailə üzvlərinin, qazilərin və yaxınlarının məşğulluq məslələrinin həlli yönündə işəgötürənlərlə də fəal əməkdaşlıq edildiyini deyib.

S.Babayev bildirib ki, "DOST" mərkəzlərində bu ilin ilk rübündə 95 minədək, ümumən indiyədək 368 mindən çox müraciət üzrə vətəndaşlara xidmət göstərilib, onlardan 38 minə qədəri elektron formada təqdim edilən xidmətlər olub. Bu ilin birinci rübündə 142 Çağrı mərkəzinə 135 minə yaxın zəng daxil olub.

Daha bir DOST mərkəzinin açılışı üçün hazırlıq işlərinin yekunlaşmaqda olduğunu bildirən nazir ölkənin "DOST" mərkəzləri şəbəkəsi ilə əhatə olunmasına dair yeni regional inkişaf proqramı üzrə işlərin davam etdiyini vurğulayıb.

İclasda Nazirliyin fəaliyyət sahələrində 2021-ci ilin ilk rübündə görülmüş işlər barədə hesabatlar təqdim edilib, bu sahələr üzrə görülmüş işlərin nəticələri və cari ildə görüləcək işlər müzakirə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            636 29.04.21 19:28