Nevroz xəstəliyinin əlamətləri » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

Nevroz xəstəliyinin əlamətləri

Nevroz termini ilk dəfə 1776-cı ildə şotlandiyalı həkim Kuplen tərəfindən elmə gətirilmişdir. Bu addım C.Morqaninin bütün xəstəliklərin əsasını morfoloji substratın təşkil etməsi barədə iddiasını təkzib etmişdir. "Nevroz" termininin müəllifi sağlamlığın funksional pozulmasının hər hansı bir orqanın üzvi zədələnməsi ilə əlaqəli olmadığını irəli sürmüşdür. Sonralar məhşur rus fizioloqu İ.P.Pavlov nevroz barədə araşdırmaları davam etdirmişdir.
Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT-10) "nevroz" əvəzinə "nevrotik pozğunluq" qeyd olunmuşdur. Lakin hazırda ali sinir fəaliyyətinin xroniki və ya kəskin stresslərlə bağlı psixogen pozğunluqları daha çox "nevroz" termini ilə ifadə olunur. Bu pozulmalar digər etioloji amillərlə (məsələn, toksiki təsir, travma, keçirilmiş xəstəlik) əlaqəli olduqda, nevrozabənzər sindrom adlandırılır.Müasir dövrdə nevroz olduqca geniş yayılmışdır. İnkişaf etmiş ölkələrdə əhalinin 10-20%-i nevrotik pozğunluqlardan əziyyət çəkir. Psixi pozğunluqların təxminən 20-25%-i nevrozların payına düşür. Nevrozun əlamətləri əksər hallarda yalnız psixoloji deyil, həm də somatik xarakter daşıdığından bu problem klinik psixologiya və nevrologiya ilə yanaşı, tibbin digər sahələri üçün də aktual sayılır.Nevrozun profilaktikası psixotravmatik vəziyyətin qarşısının alınmasından (xüsusən uşaqlıq dövründə) ibarətdir. Lakin daha optimal üsul baş verən hadisələrə düzgün yanaşmanın formalaşdırılmasından ibarətdir. Normal yuxu, aktiv həyat tərzi, sağlam qidalanma, idman psixikanın möhkəmlənməsinə kömək edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            606 29.04.21 19:19