Səfirlik deputatın mini yubkaya görə cərimə açıqlamasına cavab verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Səfirlik deputatın mini yubkaya görə cərimə açıqlamasına cavab verdi

Koreya Respublikasının ölkəmizdəki səfirliyi deputat Tahir Kərimlinin adıçəkilən ölkə ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Səfirlikdən “Qafqazinfo”da yayımlanan sözügedən xəbərə reaksiya olaraq göndərilən məktubda bildirilir ki, deputatın Cənubi Koreyada mini yubka, açıq-saçıq geyinən qadınların 45 dollar cərimə edilməsi ilə bağlı fikri səhvdir: "Koreya Respublikasında (Cənubi Koreya) mini yubka, açıq-saçıq geyim üsulunu qadağan edən bir qayda və yaxud nizamnamə yoxdur".

Xatırladaq ki, T. Kərimli Azərbaycanda hotellərin nikah şəhadətnaməsi tələb etməsi ilə bağlı məsələni müdafiə edib. Bununla bağlı verdiyi açıqlamada bildirib ki, nikah şəhadətnaməsinin tələb edilməməsi əxlaqsızlığa yol açır. Millət vəkili fikirlərini izah etmək üçün Cənubi Koreyanı da misal gətirməyə çalışıb: "Cənubi Koreya ateist dövlətdir. Orada mini yubka, açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilirlər. Bu metodun Azərbaycanda tətbiq edilməsini təklif etsəm, qəbul etməyəcəksiniz. Bəs biz necə müsəlman ölkəsiyik?”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            309 29.04.21 16:08