Qarabağda 1 mina bu qiymətə zərərsizləşdirilir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |     19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |     19:57 AQTA nöqsanlara görə bazar rəhbərlərinə xəbərdarlıq edib  |     19:50 30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar  |     19:43 Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək  |     19:37 Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb  |     19:32 "Milan"da baş məşqçi postuna namizədlər bəlli olub  |     19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |    

Qarabağda 1 mina bu qiymətə zərərsizləşdirilir - VİDEO

Mina probleminin miqyasının müəyyən olunması və həmin məsələnin beynəlxalq arenada qaldırılması məqsədi ilə beynəlxalq təşkilatlardan bəzisini ölkəmizə dəvət etmişik. Bununla əlaqədar may ayında nüfuzlu təşkilatın Azərbaycana səfəri gözlənilir.

Bunu ARB-24-ün “İş vaxtı” verilişinə açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib. O bildirib ki, Minalar Əleyhinə Konvensiyanın illik konfranslar üzrə prezidentinin Azərbaycana gəlməsi ilə bağlı danışıqlar aparılır:

“Bundan başqa, bu sahədə tanınmış şəxslərin, dünyaca məşhur kinoaktyorların Azərbaycana gəlməsinə çalışırıq. Hesab edirəm ki, dəvət olunun dövlət nümayəndələrinin və beynəlxalq təşkilatların hazırladıqları hesabatlar sayəsində biz o xəritələri ala biləcəyik”.

H.Səfixanov qeyd edib ki, Rusiyanın vasitəsi ilə Ermənistana müəyyən təzyiqlər göstərilərək minalanmış ərazilərin xəritəsini almaq mümkün olar:

“Rusiya üçtərəfli bəyanatın bir tərəfidir. Ərazidə xidmət edən rus sülhməramlıların özü də minalanmış ərazilərdən əziyyət çəkirlər. Bu səbəbdən Rusiya sülhməramlıları və beynəlxalq təşkilatların özü bu işdə maraqlı olmalıdır. Xəritə Azərbaycana təhvil verilməlidir ki, ərazilərimiz minalardan sürətlə təmizlənsin. Çünki minaların təmizlənməsi külli miqdarda vəsait və vaxt aparan prosesdir. Bir minanın zavodda istehsalı 3-30 dollar, onun tapılıb çıxarılması isə 300-1000 dollara qədər vəsait tələb edir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            393 29.04.21 16:04