Alimpaşa Məmmədovun oğlu da həbs oluna bilər? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Alimpaşa Məmmədovun oğlu da həbs oluna bilər?

DTX tərəfindən keçirilmiş əməliyyat nəticəsində saxlanılmış və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə də məsuliyyətə cəlb oluna bilər.

Bunu Trendə açıqlamasında vəkil-hüquqşünas Xəyal Bəşirov bildirib.

Vəkil bildirib ki, sabiq icra başçısı A.Məmmədov külli miqdarda dövlət əmlakını mənimsəməkdə, korrupsiyada, vəzifə səlahiyyətlərini aşaraq digər qanunsuz əməllər törətməkdə təqsirli bilinir:

“Alimpaşa Məmmədov dəyəri milyonlarla manat olan əmlakları çox cüzi – belə desək simvolik qiymətlərə öz oğlunun adına olan şirkətlərə satıb. Əgər Adil Adilzadənin hüquqazidd əməllərin törədilməsində şəxsən iştirak etməsi, hər hansı sənədləşmədə imza atması və ya digər qanunsuz hərəkətlər aşkarlanaraq sübuta yetirilsə, əlbəttə ki, o da məsuliyyətə cəlb olunacaq. Bütün bu məsələlər istintaqın gedişində məlum olacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            453 29.04.21 14:15