“Azərkosmos”un ölkəyə gətirdiyi gəlirlər artıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:36 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |    

“Azərkosmos”un ölkəyə gətirdiyi gəlirlər artıb - FOTO

2021-ci ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 10,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.

Bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında öz əksini tapıb.

2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə ixrac dəyəri iki faiz artıb. İxrac olunan xidmətlərə peyk telekommunikasiya və optik peyk xidmətləri daxildir.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.

2021-ci ilin mart ayında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2021-ci ilin yanvar-fevral ayları ərzində daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə ABŞ (4,7 milyon dollar), Birləşmiş Krallıq (2,3 milyon dollar), Fransa (1,9 milyon dollar), BƏƏ (433 min dollar) və Pakistan (351 min dollar) qərarlaşıb.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            786 29.04.21 13:53