XİN-də struktur dəyişikliyi olub, nazir müavininin səlahiyyətləri artırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

XİN-də struktur dəyişikliyi olub, nazir müavininin səlahiyyətləri artırılıb

Xarici İşlər Nazirliyinin (XİN) strukturunda dəyişiklik edilib.

"Report"un əldə etdiyi məlumata görə, bunun nəticəsində nazir müavini Fariz Rzayevin səlahiyyətləri artırılıb.

Belə ki, o, bundan sonra XİN-in İkinci Avropa İdarəsi, Amerika İdarəsi, Asiya İdarəsi, Yaxın Şərq və Afrika İdarəsi, Nazirliyin İnspeksiyası, YUNESKO üzrə Milli Komissiyanın Daimi Katibliyi, Ümumi Katiblik, Xüsusi Şöbə və İşlər İdarəsinin fəaliyyətinə nəzarəti həyata keçirəcək. Bundan əvvəl həmin strukturlara nəzarəti XİN başçısının sabiq müavini Ramiz Həsənov yerinə yetirib.

Bununla yanaşı, əvvəllər xarici işlər nazirinin kurasiyasında olan Dövlət Protokolu İdarəsi də F.Rzayevin nəzarətinə verilib.

Daha əvvəl onun kurasiyasında nazirliyin Konsulluq İdarəsi, Linqvistika Təminat İdarəsi, Arxiv İdarəsi və Xüsusi Rabitə Təminatı İdarəsi olub. Beləliklə, XİN-də F.Rzayevin nəzarətində olan strukturların sayı 4-dən 14-ə çatıb.

Qeyd edək ki, 44 yaşlı F.Rzayev 2020-ci ilin sentyabrından xarici işlər nazirinin müavinidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 19-da imzaladığı sərəncamla Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. O, Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            378 29.04.21 11:27