Hansı adi xəstəliklər illər sonra xərçəngə çevrilə bilər? - DƏHŞƏTLİ SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:50 30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar  |     19:43 Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək  |     19:37 Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb  |     19:32 "Milan"da baş məşqçi postuna namizədlər bəlli olub  |     19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |    

Hansı adi xəstəliklər illər sonra xərçəngə çevrilə bilər? - DƏHŞƏTLİ SİYAHI

Orqanizm sağıam haldan xəstə vəziyyətə düşməsi üçün bəzən illərlə vaxt keçir. Əvvəlcə xəstəlik toxumada başlayır, daha sonra matriks və hüceyrə səviyyəsinə keçir. Bu proses bəzən 10 illərlə davam edir.

Median.Az xəbər verir ki, adi bir xəstəlik xronik hala keçəndən sonra insan sanki bununla barışır və ildə kiçik müalicələr almaqla bu xəstəliklə ömrünün sonuna kimi birtəhər yaşayacağını hesab edir.

Lakin günlərin bir günü iltihab o qədər dərinləşir ki, hüceyrə fazasında pozulma başlayır və hüceyrələr dəyişərək bədxassəliyə çevrilir.

Medicina.az Bioloji Təbabət klinikasının tərtib etdiyi Xəstəliklərin inkişaf cədvəlinə əsasən hansı xəstəliklərin sonda xərçəngə çevrilməsini təqdim edir.

Diqqətlə baxın, əgər sizdə bu xəstəliklər varsa, onları müalicə etməyə, xüsusən Bioloji təbabət metodları ilə tam aradan qaldırmağa çalışın ki, 10-12 il sonra xərçənglə üz-üzə qalmayasız.

1.Tənəffüs sistemində - əvvəl bəlğəm, öskürək, bronxit, traxeit başlayır - Matriks fazasında astma, astma bronxit, xroniki bronxit, virus mənşəli traxeit, fibroz-kistoz degenerasiya gedir - Hüceyrə fazasında: Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxların atrofiyası başlayır - SONDA Ağciyər, traxeya və bronxların xərçəngi yaranır.

2.Həzm sistemi - əvvəl mədə şirəsi ifrazı pozulur, ezofagit, qastrit, kolitlər - matriks fazada poliplər, qəbizlik, yoğun bağırsağın melanozu, xora, qlüten enteropasiyası olur - Hüceyrə fazasında: Kron xəstəliyi, kolit, nazik bağırsağın atrofiyası - SONDA barret ezofagit, qida borusu, mədə - bağırsaq xərçəngi yarana bilir.

3. Ekzokrin cinsiyyət sistemi - Süd vəzilərində laktoreyası, Mastit, kistalar -Matriks fazasında fibroz-kistoz mastopatiya, fibroadenoma - Hüceyrə fazasında: süd vəzilərinin atrofiyası, ginekomastita- SONDA: Süd vəzilərin xərçəngi, karsinoma

4.Ekzokrin həzm sistemi: Mədə şirəsi, öd turşularının sekresiyasının artması, pankreatit, sialit - Matriks fazasında: öz daşı, qaraciyər steatozu, mədəaltı vəz, qaraciyər kistası, ağız suyu vəzilərinin kalsifikasiyası- Hüceyrə fazasında: hepatitlər, pankreatit, fibroz-kistoz degerenerasiya - qaraciyər sirrozu - SONDA : Mədəaltı vəz və qaraciyər xərçəngi

5.Epiderma, dəri- tər və qulaq vəziləri smqmanın, saç follikulu piy vəzilərinin hipersekresiyası, dermatit, absses, furunkullar- Matriks fazası: hiperkeratoz, seboreya, ləkələr, ziyillər, ekzema, övrə, anal çatlar, sızanaqlar, hirsutizm - Hüceyrə fazasında: prosiaz, yaralar, xoralar, şüa zədələnmələri- SONDA: karsinoma, melanoma - dəri xərçəngi

6.LOR orqanlar - otit, faringit, stomatit, gingivit, kəskin rinit, sinusit, laringit, dental absses - Matriks fazasında: burun polipləri, dental qranuloma, - Hüceyrə fazasında: atopik rinit, xroniki sinusit, anosmiya, Menyer sindromu, otoskleroz, kariyes, parodontoz - SONDA: dil, qırtlaq, burun-udlaq bə traxeyanın xərçəngi

7.Herminoderma - qadın, kişi cinsiyyət orqanları - toxum mayesi hasilatının artması, qadınlarda menorragiya, kişilərdə prostatit, orxit, qadınlarda ovarit, adneksit- Matriks fazasında: prostatın xoşxassəli hiperplaziyası, qadınlarda yumurtalıqların kistası, polip, fbroz - Hüceyrə fazasında: prostatın hiperplaziyası, sonsuzluq, qadınlarda xroniki adneksit, amenoreya, sonsuzluq, yumurtalıqların atrofiyası - SONDA: prostat, xayaların xərçəngi, teratoma, qadınlarda yumurtalıqların xərçəngi

Bu cədvəl əslində uzun, genişdir və bütün orqanlarl əhatə edir. Sadəcə sizdən diqqətli olub, xəstəliyi ən geci MATRİKS fazasında olan mərhələdə yaxalayıb, müalicə etdirməkdir ki, hüceyrə fazasına keçməsin. Çünki hüceyrə fazasına keçidlə xərçəng arasında məsafə və vaxt çox azdır.

Matriks fazasında olan depolaşma və impreqnasiya mərhələsini Bioloji Təbabət metodikası və biotənzimləyici preparatlarla 1-2 kurs müalicələrlə dayandırmaq, iltihabi prosesləri saxlamaq, hüceyrələri yeniləmək və ümumilikdə immunitetin mübarizə gücünü artırmaq mümkündür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            654 26.04.21 23:33