Futbolçular içkili halda qatarda dava saldılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |    

Futbolçular içkili halda qatarda dava saldılar

Ukraynanın "Kolos" klubunun futbolçuları qatarda dava salıblar.

"Report"un "Obozrevatel" nəşrinə istinadən məlumatına görə, hadisə komanda üzvləri Ujqorod şəhərindən paytaxt Kiyevə qayıdarkən baş verib.

Spirtli içki qəbul edən oyunçular qonşu kupedəki qızları narahat etməyə başlayıblar. Futbolçulardan biri kupenin qapısını sındıraraq açmağa çalışıb. Xanımlar dərhal qatar bələdçisinə xəbər veriblər. Lakin oyunçular bələdçini təhqir edərək, oradan qovublar. Sonda təhlükəsizlik əməkdaşları hadisə yerinə gələrək, futbolçuları sakitləşdirib.

Platformada isə onları polislər qarşılayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarını görən futbolçular xanımları təhqir etməyə başlayıblar. Buna baxmayaraq, polislər komanda üzvləri ilə bağlı heç bir tədbir görməyiblər. Sadəcə, onları ərazidən uzaqlaşdırıblar.

Qeyd edək ki, Ukrayna Premyer Liqasında çıxış edən "Kolos" klubu hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            486 20.04.21 21:56