ƏDV anında tutulmazsa, sonradan kartdan çıxarılmasına görə müştəri məhkəməyə müraciət edə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |    

ƏDV anında tutulmazsa, sonradan kartdan çıxarılmasına görə müştəri məhkəməyə müraciət edə bilər

Dövlət Vergi Xidməti tərəfindən verilən rəsmi məlumata görə, vətəndaşın hesabından 18% ƏDV yalnız xaricdən elektron-ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur. Yəni bu ödəmə banklar tərəfindən əllə tutula bilməyən məhsullarda tətbiq olunur. Bəs bu ödəmə anında tutulmazsa, sonradan istehlakçının kartından çıxarılması hüquqi cəhətdən necə qiymətləndirilir?

Bu barədə hüquqşünas Əlövsət Allahverdiyev açıqlama verib.

O qeyd edir ki, əgər şəxs vergi ödəyicisi deyilsə, və onun aldığı mala görə bir ildə sonra 18% ƏDV tutulursa, bu istehlakçının hüququnun pozulmasıdır. Birincisi, ona görə ki, bu pul anında tutulmalı idi, yəni bir ildən keçdikdən sonra tutula bilməz, bu qanun pozuntusudur. Birbaşa məhkəmə mübahisəsidir, yəni vətəndaş məhkəməyə müraciət edə bilər. Həm vergi ödəyicisi olmadığına görə anında tutulmamasına görə, həm də ona xəbərdarlıq edilmədən bu əməliyyatın aparılması qanuna ziddir.

Qeyd edək ki, hüquqların pozulması anında istənilən şəxs məhkəmə orqanlarına müraciət etmək hüququna malikdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            531 20.04.21 17:14