Azərbaycanlı alim vəfat etdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |     13:57 Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO  |     13:56 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib  |     13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |    

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanın kimyaçı alimi, AMEA-nın akademik Ə.М.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru Səbirə Sərdarova 81 yaşında vəfat edib.

Bu barədə məlumat Akademiyanın rəsmi saytında qeyd olunub.

Səbirə Əbdüləli qızı Sərdarova 1940-cı il yanvarın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 134 və 6 saylı məktəblərdə aldıqdan sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə qəbul olub. 1962-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Üzvi kimya kafedrası üzrə aspiranturaya daxil olub. 1965-ci ildə aspiranturanı bitirdikdən sonra elmi rəhbəri akademik Ə.M.Quliyevin dəvəti ilə Aşqarlar Kimyası İnstitutuna mühəndis vəzifəsinə işə qəbul edilib.

Sabirə Sərdarova 1967-2010-ci illər ərzində Aşqarlar Kimyası İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində, 2010-cu ildən vəfatına kimi isə baş elmi işçi vəzifəsində çalışıb. 1967-ci ildə “Tiotetralollar (sintezi, xassələri və tədqiqi)” mövzusunda namizədlik, 1994-cü ildə isə “Aminometilləşdirilmiş hidroksiasetofenonlar (sintezi, xassələri, tədqiqi)” mövzusunda doktorluq işini müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini alıb. O, üzvi kimya sahəsində yüksək ixtisaslaşmış mütəxəssis idi. Onun elmi fəaliyyəti bilavasitə AMEA-da akademik Ə.M.Quliyevin rəhbərlik etdiyi Sürtkü yağları və aşqarlar laboratoriyası və 1965-ci ildə onun əsasında təşkil edilmiş Aşqarlar Kimyası İnstitutu ilə bağlı olub.

S.Sərdarovanın elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları, polimerlər və yağlayıcı-soyuducu mayelərə yüksək təsirli aşqarların, stabilləşdiricilərin və biosidlərin işlənilməsi təşkil edib. Alim yeni maddələrin sintezi, onların tərkibi və quruluşlarının funksional effektivliyə təsirinin öyrənilməsi sahəsində sistematik tədqiqatlar aparıb. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmış stabilizatorlar və biosidlərin sənayedə və tibbdə tətbiq edilməsi tövsiyə edilib.

S.Sərdarova 200-ə yaxın elmi əsərin, o cümlədən 23 müəlliflik şəhadətnaməsi və patentin müəllifi idi. Onun əsərlərinin 30-u xaricdə çap olunub. Alim dəfələrlə beynəlxalq və respublika konfranslarında məruzələrlə çıxış edib. S.Sərdarova müxtəlif illərdə AMEA Rəyasət Heyəti və Kimya Elmləri Bölməsinin Fəxri fərmanları ilə təltif olunub.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            465 20.04.21 13:11