Ermənistan prezidenti Paşinyanın Seçki Məcəlləsi ilə bağlı başlatdığı dəyişiklikləri imzalamadı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Ermənistan prezidenti Paşinyanın Seçki Məcəlləsi ilə bağlı başlatdığı dəyişiklikləri imzalamadı

Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyan komandasının başlatdığı Seçki Məcəlləsinə reytinq səsvermə sisteminin rədd edilməsini nəzərdə tutan dəyişiklikləri imzalamayıb.

Bu barədə “Lraqir” məlumat yayır.

Bununla yanaşı, o Konstitusiya Məhkəməsinə müraciət etməyib. Ermənistan prezidenti bəzi son sənədlərə, xüsusən də ordu Baş Qərargahındakı mühüm təyinatlarla əlaqədar olan sənədlərə də qol çəkməkdən imtina edib. Bu, bir növ demarşa bənzəyir, baxmayaraq ki, Ermənistan prezidentinin son müharibə şəraiti və daxili siyasi hadisələrlə əlaqəli məsələlərə daha fəal müdaxilə edə biləcəyi fikri mövcuddur.

Armen Sarkisyan dəfələrlə bildirib ki, Nikol Paşinyan və hökumətin istefasını, müvəqqəti hökumətin təyin edilməsini və yalnız Seçki Məcəlləsinə və Konstitusiyaya edilən dəyişikliklərdən sonra seçkilər keçirilməsini doğru hesab edir. Müxalifətin bir hissəsi də eyni fikirdədir.

Nikol Paşinyan hələ təyin edilməmiş seçkilərdən əvvəl hakimiyyəti tərk etmək niyyətində deyil. Buna baxmayaraq, fors-major seçimini, hökumətin istefasını və milli razılaşma hökumətinin qurulmasını heç kim hesabdan silmir.

Ermənistandakı siyasi inkişafları yalnız şərti olaraq daxili adlandırmaq olar: əslində 2020-ci il müharibəsindən sonra Ermənistanda xarici idarəetmə tətbiq olunub və məsələlər digər paytaxtlarda həll edilir.

Ermənistanın siyasi təbəqəsi praktik olaraq suveren addımlar atmır və yalnız Rusiya siyasətinin ardınca hərəkət edir. Bu, Ermənistanda gücün formalaşmasının kənardan qoyulan “ev tapşırıqları”nın yerinə yetirilməsindən tamamilə asılı olduğu faktına gətirib çıxarır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            606 19.04.21 11:33