Azərbaycanda ilk dəfə küvez içində (yataqbaşında) 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı uğurla icra olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |     13:57 Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO  |     13:56 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib  |     13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |    

Azərbaycanda ilk dəfə küvez içində (yataqbaşında) 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı uğurla icra olunub

Mərkəzi Klinikaya digər xəstəxanada doğulmuş 23-24 həftə hestasiya yaşında, 600 qram çəki ilə, həyatının ilk sutkasında çox ağır vəziyyətdə olan körpə təxliyə olunub. Daxil olarkən ümumi vəziyyəti ağır olan, ekstremal az çəkili, respirator disstres sindromlu, erkən neonatal sepsis diaqnozu qoyulmuş körpənin Neonatal reanimasiyada süni tənəffüs cihazında müşahidəsinə başlanılıb. Müayinə zamanı geniş PDA (Patent Doctus Arteriosus) aşkarlanıb.

Mərkəzi Klinikadan AZƏRTAC-a bildirilib ki, baş həkim, ürək-damar cərrahı, professor Kamran Musayev və klinikanın digər həkimləri tərəfindən Azərbaycanda ilk dəfə küvez içində 600 qram körpədə yataqbaşında PDA ləğvi əməliyyatı uğurla icra olunub.

Beləliklə, körpə süni tənəffüs cihazından ayrılıb. Vaxtından əvvəl doğulmanın yaratdığı qida intoleransı, metabolik, tənəffüs pozuntusu kimi problemlər aradan qaldırılıb.

Uşaqda ROP müayinəsi aparılıb, aşkarlanan problemlər vaxtında korreksiya olunub, hazırda körpənin görməsində heç bir problem yoxdur.

Körpə artıq 1780 qram çəkidədir və sağ-salamat evinə yola salınıb.

Qeyd edək ki, körpənin sağlamlığına qovuşmasında Ürək-damar cərrahiyə şöbəsi, başda professor Kamran Musayev olmaqla, Pediatriya şöbəsinin müdiri, neonatoloq, t.ü.f.d Sevda Əsədovanın, Pediatriya şöbəsinin professional həkim və tibb bacılarından ibarət olan Neonatologiya reanimasiya və intensiv terapiya bölməsinin, eləcə də Əməliyyatxana və anesteziologiya şöbəsinin müdiri, t.ü.f.d Asəf Məmmədovun böyük əməyi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdırскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            372 17.04.21 17:36