Bakıda qatar vurması nəticəsində ölən gənclə bağlı cinayət işi açıldı - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:56 “Formula 1” zamanı Bakı bulvarı bağlanacaq? - AÇIQLAMA  |     17:28 Ədliyyə Nazirliyi erməni cinayəti ilə bağlı 77 ölkəyə məktub göndərib - RƏSMİ  |     17:25 Azərbaycanda bir peşə məktəbində koronavirusa görə tədris DAYANDIRILDI  |     17:19 Dmanisidə azərbaycanlılara hücum edən səkkiz nəfər saxlanılıb - RƏSMİ  |     17:05 Qəzzada ölən fələstinlilərin sayı 200-ü keçib  |     16:52 Azərbaycanda son sutkada 13 nəfər koronavirusdan ölüb - FOTO  |     16:20 Sükan arxasında “TikTok” çəkən sürücü işdən azad edilib - VİDEO  |     16:11 Zakir Həsənov qoşunların idarə olunması üzrə tapşırıqlar verdi  |     13:53 Azərbaycanda ana dörd uşağını küçədə saxlayır? - İDDİA  |     13:35 Authentication required  |     12:49 Bakıda bir marşrutda gediş haqqı endirildi - FOTO  |     12:37 Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub: Xəsarət alanlar var - VİDEO  |     12:10 Qubada avtomobillər toqquşub: Xəsarət alanlar var  |     12:00 Abş​​​eronda qadına küçədə hücum edildi  |     11:47 AzTV-də yoxlamalar aparılır - Rəsmən təsdiqləndi  |     11:46 DSX əməkdaşlarının öldürülməsini Baş Prokurorluq araşdıracaq  |     11:15 18 minə yaxın şagird imtahan verəcək  |     11:01 Türkiyədə “lokdaun” ləğv edildi  |     23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |    

Bakıda qatar vurması nəticəsində ölən gənclə bağlı cinayət işi açıldı - RƏSMİ
Aprelin 16-da saat 08:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1993-cü il təvəllüdlü Ələsgərov Pərvin Nizami oğlunun qatar vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Nərimanov rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Bakı Lokomotiv Deposuna məxsus elektrik qatarı Nərimanov rayonu ərazisində dəmiryolu xəttini keçmək istəyən piyada Pərvin Ələsgərovu vurub, nəticədə sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            243 17.04.21 13:48