Rusiya XİN ABŞ sanksiyalarına qarşı cavab tədbirlərini açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Rusiya XİN ABŞ sanksiyalarına qarşı cavab tədbirlərini açıqladı

Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın son sanksiyalarına qarşı cavab tədbirlərini açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, cavab tədbirləri çərçivəsində keçmiş və hazırda fəaliyyət göstərən səkkiz ABŞ məmurunun Rusiyaya girişi müddətsiz olaraq qadağan edilib. Habelə, on amerikalı diplomatın ölkəni tərk etməyi tələb olunub.

Həmçinin, ABŞ-ın ölkədəki diplomatik missiyasına əməkdaşlarının sayını azaltmağı təklif ediləcək.

Rusiya XİN-dən verilən məlumata əsasən, rəsmi Moskva ölkə vətəndaşlarının ABŞ diplomatik missiyalarında inzibati-texniki vəzifələrə qəbulu praktikasına son qoymağı düşünür.

Bununla yanaşı, ABŞ diplomatik missiyalarının fəaliyyətinin təmin olunması məqsədilə ölkə səfirliyinin ABŞ Dövlət Departamenti xətti ilə Rusiya ərazisinə qısamüddətli ezamiyyətlərin təşkili təcrübəsi məhdudlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            501 16.04.21 22:40