Britaniya şirkəti Azərbaycandakı yataqlardan əldə etdiyi gəlirləri açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |    

Britaniya şirkəti Azərbaycandakı yataqlardan əldə etdiyi gəlirləri açıqladı

Azərbaycanda qızıl, mis və gümüş istehsalı və kəşfiyyatını həyata keçirən “Anglo-Asian Mining Plc” şirkəti 2021-ci ilin birinci rübünə dair hesabat verib.

2021-ci ilin birinci rübündə şirkət 22,9 milyon dollar gəlir əldə edib.

2021-ci ilin ilk üç ayı ərzində şirkət tərəfindən 11 min 907 unsiya həcmində qızıl hasil edilib. Qızıl hasilatı 2020-ci ilin birinci rübü ilə müqayisədə 24,9 faiz azalıb. Müvafiq dövrdə 638 ton mis hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur. Həmçinin bu dövrdə 35 min 365 unsiya həcmində gümüş hasil edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azdır.

Əlavə edilib ki, “Anglo-Asian Mining Plc” birinci rüb üzrə gəlirlərindən 1,7 milyon dollar dividend ödəyib. 31 mart tarixinə şirkətin ümumi 15,2 milyon dollar olmaqla, 9,7 milyon dollar dəyərində 5 min 592 unsiya qızıl və 5,5 milyon dollar dəyərində mis ehtiyatları var.

Qeyd edək ki, “Anglo-Asian Mining Plc” şirkəti Azərbaycanda qızıl, mis və gümüş istehsalı və kəşfiyyat aktivləri portfelinə sahibdir. Şirkətin baş qərargahı Böyük Britaniyanın London şəhərində yerləşir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            465 16.04.21 17:25