Özbəkistan prezidenti Şövkət Mirzəyev fəaliyyətində nöqsanalara yol verən bir neçə məmuru vəzifəsindən azad edib.
Median.Az "sputnikuzbekistan"a istinadən xəbər verir ki, Özbəkistan prezidenti məmurları gənclərin məşğulluğu ilə bağlı təşkil olunan müşavirədə çıxarıb. Prezident bir sıra prokurorları, polis rəislərini, vergi və ticarət- sənaye palatasının rəhbərlərini fəaliyyətlərində verdiyi nöqsanlara görə vəzifəsindən azad edib. Prezidentin həmin şəxsləri vəzifəsindən azad etməklə yanaşı, aldıqları maaşları da büdcəyə qaytarmağı tələb edib.