Lukaşenko: “Heç bir pandemiya Belarus ilə Azərbaycan arasında əməkdaşlığa mane ola bilməz” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Lukaşenko: “Heç bir pandemiya Belarus ilə Azərbaycan arasında əməkdaşlığa mane ola bilməz”

Heç bir pandemiya Belarus ilə Azərbaycan arasında əməkdaşlığa mane ola bilməz.

BELTA-nın məlumatına görə, Belarus Prezidenti Aleksandr Lukaşenko bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

“Yəqin ki, görüşümüz müəyyən dərəcədə bütün bu hadisələrin (pandemiya və sair) fonunda bir refren kimi səslənəcək. Ancaq əsl dostlar vaxtında keçirilməsi lazım olan tədbirləri təxirə salmırlar. Heç bir pandemiya bunun qarşısını ala bilməz”, - deyə Aleksandr Lukaşenko bildirib.

Onun sözlərinə görə, ölkələr siyasət və iqtisadiyyatdakı münasibətləri diversifikasiya edib və bu münasibətləri heç nə çətinləşdirməyib.

“Biz heç kimə mane olmuruq, heç kim də bizə mane olmağa çalışmır. Çünki bir şey etmək istəsən, bunun qarşısını almaq çətindir”, - deyə dövlət başçısı vurğulayıb.

Keçən il Belarus ilə Azərbaycan arasında ticarət dövriyyəsi yarım milyard dollara yaxınlaşıb. Lukaşenkonun sözlərinə görə, bu dinamika baxımından yaxşı bir nəticədir.

“Siyasi münasibətlərimizə gəldikdə, nəyin əskik olduğunu söyləmək çətindir. Mükəmməl münasibətlərimiz var və həmişə bununla qürur duymuşam. Sovet İttifaqından bəri hər istiqamətdə ən isti münasibətləri bərpa etmişik”, - deyə prezident vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            591 14.04.21 13:07