Azərbaycanla Ukraynanın nəqliyyat və yükdaşımalar sahələrində əməkdaşlığı müzakirə edilib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:56 “Formula 1” zamanı Bakı bulvarı bağlanacaq? - AÇIQLAMA  |     17:28 Ədliyyə Nazirliyi erməni cinayəti ilə bağlı 77 ölkəyə məktub göndərib - RƏSMİ  |     17:25 Azərbaycanda bir peşə məktəbində koronavirusa görə tədris DAYANDIRILDI  |     17:19 Dmanisidə azərbaycanlılara hücum edən səkkiz nəfər saxlanılıb - RƏSMİ  |     17:05 Qəzzada ölən fələstinlilərin sayı 200-ü keçib  |     16:52 Azərbaycanda son sutkada 13 nəfər koronavirusdan ölüb - FOTO  |     16:20 Sükan arxasında “TikTok” çəkən sürücü işdən azad edilib - VİDEO  |     16:11 Zakir Həsənov qoşunların idarə olunması üzrə tapşırıqlar verdi  |     13:53 Azərbaycanda ana dörd uşağını küçədə saxlayır? - İDDİA  |     13:35 Authentication required  |     12:49 Bakıda bir marşrutda gediş haqqı endirildi - FOTO  |     12:37 Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub: Xəsarət alanlar var - VİDEO  |     12:10 Qubada avtomobillər toqquşub: Xəsarət alanlar var  |     12:00 Abş​​​eronda qadına küçədə hücum edildi  |     11:47 AzTV-də yoxlamalar aparılır - Rəsmən təsdiqləndi  |     11:46 DSX əməkdaşlarının öldürülməsini Baş Prokurorluq araşdıracaq  |     11:15 18 minə yaxın şagird imtahan verəcək  |     11:01 Türkiyədə “lokdaun” ləğv edildi  |     23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |    

Azərbaycanla Ukraynanın nəqliyyat və yükdaşımalar sahələrində əməkdaşlığı müzakirə edilib - FOTO
Bu gün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi qeyd olunub.

Görüş zamanı Azərbaycanla Ukrayna arasında avtomobil və hava nəqliyyatı, eləcə də beynəlxalq kombinə edilmiş yük daşımaları sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Həmçinin GUAM və TRASEKA kimi beynəlxalq təşkilatlar və təşəbbüslər çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            228 13.04.21 23:56