İlham Əliyev: “İtaliya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcək” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

İlham Əliyev: “İtaliya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcək”

“İtaliya bizim üçün yaxın dost və tərəfdaşdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında çıxışı zamanı bildirib.

“İtaliyaya Ermənistanı dəstəkləyən qüvvələrin olduğu Avropa İttifaqı ailəsində münaqişənin həlli ilə bağlı ifadə edilməsi heç də həmişə asan olmayan bir yanaşmanı sərgilədiyinə görə minnətdarıq. Siyasi əlaqələrimiz əla səviyyədədir. Münaqişədən sonrakı dövrdə İtaliya nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri tərəfimizdən daha bir dəstək əlaməti kimi qəbul edilir. Biz İtaliya şirkətlərini səfirlik vasitəsilə azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak etməyə dəvət etdik”, - dövlət başçısı deyib.

O, İtaliyanın əvvəllər də Azərbaycanda müxtəlif sahələrdə layihələr həyata keçirdiyini qeyd edib:

“Biz İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişlənməsini istəyirik”.

Onun sözlərinə görə, İtaliya şirkətləri artıq muzeylərin və müharibə memoriallarının təşkili layihəsində iştirak etməyə dəvət olunublar, başqa bir sahə də elektrik enerjisinin istehsalı olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            789 13.04.21 12:47