Kirayədə yaşayan prokurorluq işçilərinin ailə üzvlərinə kompensasiya ödəniləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:05 Qəzzada ölən fələstinlilərin sayı 200-ü keçib  |     16:52 Azərbaycanda son sutkada 13 nəfər koronavirusdan ölüb - FOTO  |     16:20 Sükan arxasında “TikTok” çəkən sürücü işdən azad edilib - VİDEO  |     16:11 Zakir Həsənov qoşunların idarə olunması üzrə tapşırıqlar verdi  |     13:53 Azərbaycanda ana dörd uşağını küçədə saxlayır? - İDDİA  |     13:35 Authentication required  |     12:49 Bakıda bir marşrutda gediş haqqı endirildi - FOTO  |     12:37 Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub: Xəsarət alanlar var - VİDEO  |     12:10 Qubada avtomobillər toqquşub: Xəsarət alanlar var  |     12:00 Abş​​​eronda qadına küçədə hücum edildi  |     11:47 AzTV-də yoxlamalar aparılır - Rəsmən təsdiqləndi  |     11:46 DSX əməkdaşlarının öldürülməsini Baş Prokurorluq araşdıracaq  |     11:15 18 minə yaxın şagird imtahan verəcək  |     11:01 Türkiyədə “lokdaun” ləğv edildi  |     23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |    

Kirayədə yaşayan prokurorluq işçilərinin ailə üzvlərinə kompensasiya ödəniləcək
Azərbaycanda təyin edildikləri yer üzrə kirayədə yaşayan prokurorluq işçilərinin özü ilə yanaşı, ailə üzvlərinə də kompensasiya ödəniləcək.

“Report”un xəbərinə görə, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilir.

Bununla da qanuna 20.1-ci maddəsinə dəyişiklik olunur. Dəyişikliyə əsasən, prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda pul kompensasiyası ödəniləcək.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            219 13.04.21 00:00